Barselonada cinayətkarlıq artır

Barselonada cinayətkarlıq artır
22:52 1 May 2019
68 Dünya
Ölkə mətbuatı
A- A+

Barselonada oğurluq və qarət hallarının çoxalması hakimiyyət orqanlarını narahat edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniya paytaxtında hər gün təqribən 300 belə cinayət qeydə alınır. Eyni zamanda, bu cür işlərin yalnız ondabir hissəsinə aid təhqiqatlar aparılır, çünki hüquq-mühafizə orqanları bu qədər çoxsaylı hüquq pozuntularının öhdəsindən gəlməyə macal tapmır.

Hakim Merse Kasonun sözlərinə görə, Barselonada cinayətkarlığın artmasının səbəblərini aydınlaşdırmaq, onun belə geniş miqyas almasının nə ilə bağlı olmasını və cibgirlərə qarşı mübarizədə polis tərəfindən görülən tədbirlərin nə üçün qənaətbəxş nəticə verməməsini təhlil etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR