Abşeronda iki piyadanı maşın vurub, biri ölüb

Abşeronda iki piyadanı maşın vurub, biri ölüb
22:57 1 May 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.
E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində keçinib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-iki-piyadani-masin-vurub-biri-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR