Yetkinlik yaşına çatmayan 2 min 600 nəfər...

Yetkinlik yaşına çatmayan 2 min 600 nəfər...
23:12 1 May 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

Avropanın statistika agentliyinin məlumatına görə, ötən il Yunanıstanda 2 min 600 nəfər yetkinlik yaşına çatmayan şəxs sığınacaq üçün müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu göstərici 2017-ci illə müqayisədə artıqdır və Avropa İttifaqında sayına görə dördüncü hesab edilir. Avropa İttifaqında ümumi olaraq 2018-ci ildə 19 min 740 nəfər müşayiətsiz yetkinlik yaşına çatmayan şəxslər sığınacaq üçün müraciət ediblər.

Müraciət edənlərin 86 faizi oğlanlardır. Ən çox sığınacaq üçün müraciət Almaniyaya 4 min 100 nəfər, İtaliyaya 3 min 900 nəfər və Böyük Britaniyaya 2 min 900 nəfər şəxs tərəfindən daxil olunub.

Yunanıstan üçün müraciət edənlərin 30 faizi Pakistan və Əfqanistandan, 14 faizi Suriyadan olan vətəndaşlardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR