ABŞ-ın baş prokuroruna “Rusiya işi” üzrə ultimatum verildi

ABŞ-ın baş prokuroruna “Rusiya işi” üzrə ultimatum verildi
06:28 2 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Demokratlar ABŞ-ın baş prokuroruna “Rusiya işi” üzrə ultimatum irəli sürüblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Amerika senatoru Meyzi Xirono ABŞ-ın baş prokuroru Uilyam Barrın Konqresdə çıxışı zamanı yalan danışdığını bildirib.

O, baş prokurorun dərhal işdən çıxardılmasını tələb edib. Senatorun sözlərinə görə, Barr ABŞ-ın baş prokuroru ola bilməz, çünki o aldadır.

“Siz Konqresə yalan danışdınız... ABŞ-ın baş prokuroru olmaq müqəddəs etibardır. Siz bu etibarı satdınız. Siz istefaya getməlisiniz”, - Xirono bildirib.

Baş prokuroru çərşənbə günü bildirib ki, ABŞ prezidenti Donald Trampa bəraət qazandırmağa çalışmırdı.

“Mən bəraət qazandırmadım. Mən bildirdim ki, ədalətə maneə faktına iddia etmək üçün sübutların yetərli miqdarını tapmadıq”, - o, ABŞ Senatında hüquq işləri üzrə komitədə dinləmələrdə çıxışında deyib.

Barr qeyd edib ki, Trampın seçkiqabağı qərargahının Rusiya ilə güman edilən sözləşməni araşdıran xüsusi prokuror Robert Müller də ABŞ prezidentinə bəraət qazandırmırdı.

Xatırladaq ki, Müllerin gəldiyi nəticəyə görə, 2016-cı il prezident seçkilərindən əvvəl Trampın seçkiqabağı qərargahı ilə Rusiya nümayəndələri arasında hər hansı sözləşmə olmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR