Avropa Liqası: "Ayntraxt" "Çelsi"ni, "Arsenal" "Valensiya"nı qəbul edəcək

Avropa Liqası: "Ayntraxt" "Çelsi"ni, "Arsenal" "Valensiya"nı qəbul edəcək
06:57 2 May 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
“Report” xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş 1/4 finalın ilk görüşündə “Benfika”ya uduzub - 2:4. Lakin bu komanda evdə 2 cavabsıq qolla qalib gəlməklə, mərhələ keçib. Bundan başqa, “Ayntraxt” 1/16 finalda Ukrayna “Şaxtyor”unu (2:2, 4:1), ardınca isə İtaliya “İnter”ini (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.
“Çelsi” Avropa Liqasının cari mövsümündə keçirdiyi 12 oyundan heç birində uduzmayıb. Bir matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxanda sonra İsveçin "Malmö" (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) kollektibindən güclü olub.
Gecənin digər oyunu Londonda baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi “Atletiko”ya uduzan (1:1, 1:0) “Arsenal” "Valensiya”nı qəbul edəcək. “Qarabağ”la birgə E qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarıfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) kollektivlərindən güclü olub.
Yarımfinalçılar arasında cari avrokubok mövsümündə çıxışına Çempionlar Liqasından başlayan yeganə komanda - “Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Vilyarreal” (3:1, 2:0) klublarını keçib.
Qeyd edək ki, cavab matçları mayın 9-da olacaq. Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Karlos del Serro (İspaniya)
Frankfurt. “Kommersbank-Arena”
23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya)
Baş hakim: Kleman Türpan
London. “Emirates Stadium”.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ayntraxt-celsi-ni-arsenal-valensiya-ni-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR