İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ
07:27 2 May 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu  İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid  bəyan edib

"Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr".

O bildirib ki, İran regionda müharibə arzulamır:

"Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə  hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR