Xəstəyə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürülüb- VİDEO

Xəstəyə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürülüb- VİDEO
08:52 2 May 2019
Ölkə mətbuatı
A- A+

Merilend Universitetinin tədqiqatçıları dünyada ilk dəfə insan orqanının çatdırılması üçün pilotsuz uçan aparatdan istifadə ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, dron donor böyrəyini aprelin 19-da Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz çatdırıldıqdan sonra həkimlər onu 8 il əməliyyat gözləyən 44 yaşlı xəstəyə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın aprelin 15-də xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, donor orqanlarının operativ çatdırılması transplantasiya üzrə uğurlu əməliyyatın təminində böyük əhəmiyyət kəsb edir. Statistikaya görə, yolda müxtəlif hadisələr və yubanmalarla əlaqədar orqanların 1,5 faizi köçürülmə üçün yararsız hala düşür. Dronlardan istifadə isə orqanların çatdırılmasını sürətləndirə və bu göstəricini azalda bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR