Mədətov: “Məni sevməyənlərin şərəfinə...”

Mədətov: “Məni sevməyənlərin şərəfinə...”
10:12 2 May 2019
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür boşanma qalmaqalı ilə gündəmi zəbt edən prodüser Anar Mədətov İnstaqramda paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, əlində şərab çəkdirdiyi fotonu yayımlayaraq, "Məni sevməyənlərin şərəfinə" rəyini yazıb.

Mədətovun paylaşımına Əməkdar artist Nüşabə Ələsgərli reaksiya verib:

"Mən səni və ailəni həmişə sevmişəm. İndi də sevirəm, lakin ayrılıqdı da, neyləmək olar? Biz qarışa bilmərik, bu, ailə məsələsidir. Allah həm səni, həm də Elnurəni, balalarını xoşbəxt etsin".

Həmkarı Tarix Əliyev isə onun paylaşımına gülüş smaylikləri qoymaqla kifayətlənib.

Qeyd edək ki, Anar Mədədov həyat yoldaşı Elnurə Mədətovadan boşanmamış, Samirə adlı makiyaj ustası ilə evlənməyə hazırlaşır. Onun evlilik yolunda irəliləməsi övladlarının da sərt reaksiyasına səbəb olub. Məşhurun "Qarabağ" futbol klubunda oynayan oğlu Mahir Mədətov atasının soyadından imtina edərək, Əmrəli soyadı ilə meydanlara çıxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/751494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR