Ramil Şeydayev: "Vətəndaşlığımı dəyişməyimə peşman deyiləm"

Ramil Şeydayev: "Vətəndaşlığımı dəyişməyimə peşman deyiləm"
10:32 2 May 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

"O vaxt da bildirmişdim, indi də eyni sözləri deyirəm: Rusiya "Zenit"ini tərk etməyimə və vətəndaşlığımı dəyişməyimə peşman deyiləm. Qiymətsiz təcrübə qazandım. Hər şey yaxşıdır".
"Report"un məlumatına görə, bunu hazırda "Krılya Sovetov"da çıxış edən Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev deyib. 23 yaşlı hücumçu bildirib ki, qol vurduqda yox, komandaya qələbə qazandırdıqda böyük müsbət emosiya alır. O, AVRO-2020-nin seçmə mərhələsində güclü qrupa düşdüklərini bildirib: "Qrupumuzda Macarıstan Xorvatiyanı yendi, biz dünya vitse-çempionlarından az qala xal alacaqdıq. Unutmayaq ki, gələn Avropa çempionatının oyunları Bakıda da keçiriləcək. Bu səbəbdən, hər bir oyunda qələbə üçün oynamağa çalışırıq".
Yayda "Krılya Sovetov"la müqaviləsi bitəcək Şeydayev gələcək planlarını hələ müəyyənləşdirmədiyini də açıqlayıb. Lakin o, "Zenit"ə qayıtma variantına müsbət yanaşdığını əlavə edib: "Açığı, hazırda "Krılya Sovetov"da yalnız mövsümün sonluğuna köklənmişik. Gələcək planlarımızı çempionat bitdikdən sonra müəyyənləşdirəcəyik. "Zenit"dən "evə qayıt" zəngi gəlsə, bundan məmnun olaram".
Qeyd edək ki, Ramil Şeydayev Azərbaycan vətədaşlığını 2016-cı ildə qəbul edib.   

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayev-vetendasligimi-deyismeyime-pesman-deyilem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR