Sürücülərin diqqətinə: bu küçədə təmir başa çatdı

Sürücülərin diqqətinə: bu küçədə təmir başa çatdı
10:34 2 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.  
 
 
"Azəravtoyol" ASC-dən Lent.az-a verilən məlumata görə, təmir işləri küçənin 130 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlib. Bu isə gediş-gəlişdə problemlərə səbəb olub.
 
Aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub və və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
 
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 2 min kv.m-ə yaxın sahəni əhatə edib.
 
 
Bundan başqa aparılan yenidənqurma zamanı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, zəruri yerlərdə köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR