Rüstəm Usubov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Rüstəm Usubov Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:37 2 May 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun birinci müavini Rüstəm Usubov bu il mayın 11-də saat 10:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Yevlax və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rustem-usubov-mingecevirde-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR