Ramil Şeydayev: “Çıxışımdan tam razı olduğumu deyə bilmərəm”

Ramil Şeydayev: “Çıxışımdan tam razı olduğumu deyə bilmərəm”
10:39 2 May 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

“Milli və klubdakı çıxışımdan tam razı olduğumu deyə bilmərəm. “Krılya Sovetov”un turnir cədvəlindəki vəziyyəti çox məyus edir”. 
 
ONA-nın məlumatına görə, bunu Azərbaycan yığmasının və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev deyib.
 
Rusiya mətbuatına müsahibə verən hücumçu klubun Premyer Liqadakı durumuna görə üzüldüyünü gizlətməyib: “Çox yaxşı komandamız var və bu üzdən daha yaxşısına ümid edirik. Özüm barədə onu deyə bilərəm ki, bu, heç də mənim maksimumum deyil. Amma daha artığına nail olmaq üçün lap çox çalışmaq lazımdır. Komandamın qələbəsi daha çox müsbət emosiya gətirir, nəinki mən qol vurum, amma yığmamıza qələbə qazandıra bilməyim”. 
 
R.Şeydayev Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsindəki çıxışına da toxunub: “Güclü qrupumuz var. Macarıstan Xorvatiyaya qalib gəlib, biz az qala həmin dünya vitse-çempionlarından xal alacaqdıq. AVRO-2020-nin oyunlarının Bakıda da keçiriləcəyini unutmuruq. Ona görə də hər qarşılaşmada qələbə üçün oynayırıq”.
 
Hücumçu gələcək karyerasına hələ aydınlıq gəlmədiyini qeyd edib: “Krılya Sovetov”la müqaviləm yayda qurtarsa da, hələ bu barədə düşünmürəm. Tamamilə mövsümün sonuna konsentrasiya olmuşuq. Mövsüm bitəndə qərar verərik”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR