Bakı limanındakı Əsas Yük terminalı fəaliyyətini dayandırıb

Bakı limanındakı Əsas Yük terminalı fəaliyyətini dayandırıb
10:42 2 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əsas Yük terminalı fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 
Məlumatda deyilir ki, bu gündən bütün liman əməliyyatları Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında aparılır.
Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması, dənizkənarı milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələtdəki yeni Bakı Limanına köçürülməsinə qərar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-limanindaki-esas-yuk-terminali-fealiyyetini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR