Nyu Yorkda məhbuslar pulsuz zəng etmək hüququ qazanıblar

Nyu Yorkda məhbuslar pulsuz zəng etmək hüququ qazanıblar
10:47 2 May 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu York ABŞ-ın ilk böyük şəhəridir ki, burada məhbuslara ölkə hüdudlarından kənara ödənişsiz zəng etmək fürsəti verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nyu York meri Billa de Blazionun rəsmi saytında qeyd edilib.

Zənglərə görə məsrəfi şəhərin islah müəssisələri departamenti öz üzərinə götürüb.

Qeyd edək ki, bundan öncə Nyu York həbsxanalarında məhbuslara yalnız vəkillərinə ödənişsiz zəng etmək hüququ verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR