Gürcüstanın apreldə idxal etdiyi təbii qazın 97%-i Azərbaycanın payına düşüb

Gürcüstanın apreldə idxal etdiyi təbii qazın 97%-i Azərbaycanın payına düşüb
10:47 2 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu il aprel ayında Gürcüstan Azərbaycandan 177 mln. kubmetr təbii qaz idxal edib. 
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin builki təbii qaz balansında bildirilir.
Ötən ay Gürcüstanın aldığı qazın 97%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Şahdəniz” Konsorsiumunun, dolayısı ilə Azərbaycanın payına düşüb.
Hesabat ayında Gürcüstan Rusiyadan cəmi 6 mln. kub metr qaz alıb ki, bu da aylıq "mavi yanacaq" istehlakının təxminən 3%-ni təşkil edib. Bu, 2017-ci ilin dekabr ayından bəri Gürcüstanın Rusiyadan ilk qaz idxalı olub. 2019-cu il üzrə təbii qaz balansı layihəsinə əsasən, qonşu ölkənin bu ilin sonuna qədər Rusiyadan qaz alması nəzərdə tutulmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gurcustanin-aprelde-idxal-etdiyi-tebii-qazin-97-i-azerbaycanin-payina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR