Azərbaycan Çində daha iki ticarət evi açmağı planlaşdırır

Azərbaycan Çində daha iki ticarət evi açmağı planlaşdırır
11:50 2 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Bu il Azərbaycan Çində iki ticarət evi açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu ticarət evlərinin açılmasını nəzərdə tutan memorandum Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanıb:

“2017-ci ildə biz Çində ticarət nümayəndəliyi açmışıq. Çində artıq üç ticarət evimiz fəaliyyət göstərir. Bu bazar əsasən spirtli içkilərin tədarükü və kənd təsərrüfatı məhsullarının emalı baxımından maraqlıdır”.

Ş.Mustafayev deyib ki, Azərbaycan və Çin ticarətin inkişafı üçün böyük potensiala malikdir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb:

“Azərbaycan Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşıdır. Ölkəmizin payına Çinin bu region ölkələri ilə ticarət dövriyyəsinin təxminən 43 faizi düşür. Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar, Çin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 800 milyon dollar investisiya qoyub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3055921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR