Təhsil müəssisələrində akademik Zərifə Əliyeva anılıb

Təhsil müəssisələrində akademik Zərifə Əliyeva anılıb
11:52 2 May 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
İdarədən "Report"a bildirilib ki, tədbirlərdə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.
Akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.
Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib.
Akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmlərdən parçalar göstərilib, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.
Həmçinin bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Zərifə Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-muessiselerinde-akademik-zerife-eliyeva-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR