Vüsal Qasımlı:

"Bugünkü tədbirdə əsas müzakirə obyektimiz 2018-ci ilin 1 iyulunda Mülki Məcəlləyə əlavə və dəyişikliklərdir. Əlavə və dəyişikliklərin əsas məqsədi tikintisi tam başa çatmamış mənzillərin işgüzar praktikasında sui-istifadə hallarının qarşısının alınmasıdır".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunun üçün dünya praktikasında, xüsusilə də alman hüququnda geniş tətbiq olunan təminat qeydi institutu yaradılıb:

"Bu o deməkdir ki, bir mənzilin bir neçə nəfərə satılması, yaxud da tikintini həyata keçirən şirkətin müflisləşməsi və digər hallarda alıcının hüquqları qorunur. Bunun üçün də alman hüququnda, praktikasında nəzərdə tutulan təminat qeydi məsələsi Mülki Məcəllədə öz əksini tapıb. Digər tərəfdən isə icbari şəkildə məsələlərin notarial qaydada tətbiqi də Mülki Məcəllədə nəzərdə tutulub ki, bu da Azərbaycan vətəndaşlarının maraqlarını qoruyur. Buna baxmayaraq, biz yenə də dünya praktikasında olan müxtəlif yeni təklifləri müzakirə edirik. Bugünkü məsələdə də əsas onu müzakirə edirik ki, bina ilə torpağın mülkiyyət hüququnu birləşdirilməsi məsələləri dünya praktikasında necə nəzərdə tutulur və Azərbaycan qanunvericiliyində necədir. Digər tərəfdən isə icbari, məcburi ödəniş planlarının cəlb edilməsi məsələsi də müzakirə olunacaq. Yəni alıcı tərəfində.mərhələlərlə ödənişə uyğun olaraq tikintinin aparılması prosesi arasındakı uyğunluğun yaradılması dünya praktikasında hansı şəkildədir və bizdə necə ola bilər. Bütün bunlar birbaşa mənzil almaq istəyən Azərbaycan vətəndaşlarının hüquqlarının daha yaxşı qorunmasına hesablanmış addımdır. Biz GİZ-lə bu məsələləri müzakirə edirik və müzakirələrin nəticəsi olaraq da təkliflər hazırlanacaq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR