Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:07 2 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qananın Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmərindən "Report"a verilən məlumata görə, Azərbaycanda yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.
Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər.
Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.
Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanla-afrika-i-ttifaqi-arasinda-emekdasliq-meseleleri-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR