"Qarabağ" "Neftçi"nin meydanında mükafatlandırılacaq - PFL açıqladı

"Qarabağ" "Neftçi"nin meydanında mükafatlandırılacaq - PFL açıqladı
15:48 7 May 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının və 1-ci divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.

Publika.az PFL-in saytına istinadən xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.

Premyer Liqada sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi 8-ci km stadionunda reallaşacaq.

Birinci divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşündə məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medalalrını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün 1-ci divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR