"Milan"da qalmaqal: futbolçu Qattuzonu təhqir etdi

"Milan"da qalmaqal:  futbolçu Qattuzonu təhqir etdi
17:57 7 May 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürdüyü Timue Bakayoko qalmaqala səbəb olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu komandanın baş məşqçisi Cennaro Qattuzonu təhqir edib.

Bu həftə məşqlərin birinə gecikən 24 yaşlı futbolçu "Milan"ın A Seriyasının 35-ci turu çərçivəsində "Bolonya" ilə matçında start heyətdə yer almayıb. Sözügedən oyunun 26-cı dəqiqəsində "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Lukas Bilya zədələnib. Qattuzo Bakayokoya meydana daxil olmaq üçün hazırlaşmasını istəyib.

Bakayoko isə yavaş hərəkət edib. Baş məşqçi və futbolçu arasında bir neçə saniyəlik dialoq gerçəkləşib. Qattuzo arxasını çevirərkən Bakayokonun ağzından "Fuck off" kəlməsi kameralara düşüb. 

Qattuzo isə meydana Bakayokonu deyil, Joze Maurini daxil edib.

41 yaşlı mütəxəssis oyundan sonra baş vermiş hadisə ilə bağlı geniş açıqlama verməyib: "Onunla paltardəyişmə otağında söhbət edəcəm. Mətbuat konfransında geniş açıqlama vermək istəmirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR