Neymar üçün sürpriz təklif

Neymar üçün sürpriz təklif
19:37 7 May 2019
135 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Braziliya millisinin üzvü "Mançester Siti"nin maraq dairəsindədir.

"Şəhərlilər" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisinin ilk təklifi 150 milyon avro və iki futbolçu - Benjamin Mendi və Qabriel Jezuşdan biri olub. Ancaq çətin ki, fransızlar buna müsbət cavab versin. Çünki PSJ forvardı 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.

Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də keçirdiyi 16 oyunda 14 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR