FIFA qadın futbolunda iki yeni illik mükafat təsis edib

FIFA qadın futbolunda iki yeni illik mükafat təsis edib
07:32 8 May 2019
80 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəsmi saytında verilən məlumata görə, Federasiya qadın futbolunda iki yeni illik mükafat təsis edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildən başlayaraq, FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimində iki yeni nominasiya yaranacaq: FIFA-nın və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FIFPro) versiyası üzrə "İlin ən yaxşı qadın qapıçısı" və "İlin ən yaxşı 11 qadın futbolçusundan ibarət simvolik yığma".

FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimi 2019-cu il sentyabrın 23-də Milanda, "La Skala" teatrının binasında keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR