Bu gün FİNALIN ADI bəlli olur - "Ayaks" "Tottenhem"ə qarşı

Bu gün FİNALIN ADI bəlli olur - "Ayaks" "Tottenhem"ə qarşı
12:33 8 May 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasında finalın adı bəlli olacaq.

Publika.az xəbər verir ki, yarımfinal mərhələsinin son cavab matçında Hollandiya təmsilçisi "Ayaks" doğma meydanında İngiltərənin "Tottenhem" komandasını qonaq edəcək.

İlk matç 0:1 hesabı ilə bugünkü ev sahibləri qalib gəlib. “Tottenhem” minimal hesablı məğlubiyyətin əvəzini çıxmaqla finala yüksəlməyə çalışacaq.

Hər iki yarımfinalçı meydana itkilərl çıxacaq. “Ayaks”da Karel Eytinq və Hassan Banden komandasına kömək edə bilməyəcək. “Tottenhem” isə səfərə Harri Vink, Erik Lamela və Harri Keynsiz gedir.

Qeyd edək ki, cütün qalibi finalda "Liverpul"la üz-üzə gələcək.

Xatırladaq ki, ötən gün "Liverpul" "Barselona"nı 4:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Çempionlar Liqası

Yarımfinal

Cavab oyunu

8 may

23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Feliks Brıx (Almaniya)

Amsterdam, "Yohan Kroyf Arena".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/278061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR