“MOİK” futbol komandası I Divizionun qalibi olub

“MOİK” futbol komandası I Divizionun qalibi olub
13:15 8 May 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın futbol üzrə birinci divizionunda yarışların sonuna bir tur qalmış “MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib.

Trend-in məlumatına görə, ötən turda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ”la qarşılaşan hərbçilər hər hissədə bir qol vurmaqla səfərdə qələbə qazanıb. MOİK-in heyətində 9-cu dəqiqədə Bahadur Həziyev, 73-cü dəqiqədə isə Orxan Həsənov fərqləniblər.

Bununla da MOİK 18 ildən sonra yenidən zirvəyə yüksələrək Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb.
MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, “hərbçilər” ən yaxşı halda 2008 və 2010-cu illərdə iki dəfə 2-ci yeri tutaraq, hər iki halda elitaya vəsiqə qazanıb.

Onu da əlavə edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3059096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR