Karateçimiz "Super 8" beynəlxalq turnirinə dəvət olunub

Karateçimiz "Super 8" beynəlxalq turnirinə dəvət olunub
17:01 8 May 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan karatesinin liderlərindən Ayxan Mamayev (-84 kq) Xorvatiyada "Super 8" beynəlxalq turnirinə dəvət olunub.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.

A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.

Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.

Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3059254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR