DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR

Türkiyənin Van əyalətinin İranla sərhəd Kaşkol məhəlləsində donaraq ölmüş 9 kişi meyiti tapılıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə yerinə gələn jandarma qruplarının axtarış-araşdırma tədbirləri nəticəsində məhəllənin Böğrüpek sahillərində eyni yerdə 8 kişi meyiti, yüz metr məsafədə isə başqa bir meyit tapılıb. Araşdırmadan sonra xarici ölkə vətəndaşı olduğu məluma olan 9 nəfərin qışda donaraq öldüyü və qarların əriməyə başlaması ilə cəsədlərinin ortaya çıxdığı məlum olub. Ölənlərin 18-25 yaş aralığında olduğu deyilir.

Meyitlər araşdırılmaq üçün məhkəmə tibbi ekspertizasına göndərilib.

Cəsədlərin Türkiyəyə qaçaq yollarla keçməyə çalışan miqrantlara aid olduğu güman edilir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR