"Plastik əməliyyatlar icbari tibbi sığortaya şamil edilməyəcək" - Əli Əhmədov

"İcbari tibbi sığorta ilə bağlı xidmətlər paketi var. Bu paketdə hansı xidmətlərin göstəriləcəyi nəzərdə tutulub".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, bütövlükdə icbari tibbi sığortanın tətbiqi insanlarımızın aldığı səhiyyə xidmətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək: "Bu o sahələrdir ki, indi insanlar bu və ya digər səbəblərdən bu xidmətləri ala bilmirlər və bütün bunların hamısınıvətəndaşlarımıza tətbiq edə biləcəyik".

Əli Əhmədov bildirib ki, baza hissə təbii ki, bütün vətəndaşlara şamil ediləcək:

"Amma elə xidmətlər də var ki, onların tətbiq olunması icbari tibbi sığortada nəzərdə tutulmayıb. Bu onların birbaşa sağlamlığı ilə əlaqədar şeylər deyil. Məsələn, plastik əməliyyatlar və s. Bunlar icbari tibbi sığortanın sferasına daxil olmayacaq. Hesab edirəm ki, icbari tibbi sığorta çox əhəmiyyətli və böyük sosial layihə olaraq 2020 -ci ildən tətbiq olunacaq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR