İNANILMAZ! 13 yaşlı qızlar yaşıdlarının ağlına gəlməyəcək bir iş gördülər

İngiltərədə yaşayan 13 yaşlı iki qız Sofia Smith və Khyra Barboutis yaşıdlarının ağlına gəlməyəcək bir iş görüblər.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ölkələrində kirpi sayının azaldığını öyrənən iki məktəbli qız 9 yaşında olarkən bu mövzu haqqında təcili bir şey etməyə qərar veriblər.

daha sonra bu iki gənc qız evlərinin arxa həyətlərində kirpilər üçün qoruma sahələri yaradıb və hətta bu sahələri kiçik klinikalara çeviriblər.

Onlar 4 il sonra özlərinin yaratdıqları bu “xəstəxanalar”da 400-dən çox kirpinin müalicəsi və baxımı ilə məşğul olurlar.

Öz yaratdıqları internet saytlarında “Xilas edirik, müalicə edirik. Daha sonra yenidən təbiətə buraxırıq” yazıblar. Bütün dünyaya nümunə olacaq bir iş görən bu iki gənc qız eyni zamanda başqalarını da bu işə cəlb etmək üçün insanlarla danışıqlar aparır, məhəllələrdə təşikl olunan tədbirlərə gedərək insanlara kirpilərin həyatı haqqında təlim keçirlər.

Hazırda 13 yaşında olan bu iki qız fəaliyyətlərinə davam edirlər.

7_2-girls-with-challenge-sheets-2000x500

23_releasing-hogs-800px

Screenshot-2019-05-09-07.04.23-e1557403838789-750x500

indir


https://metbuat.az/news/1189508/dehset-instagram-da-sorusdu-sonra.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR