Azan 10 dəqiqə tez səsləndi - Görün nə baş verdi

Türkiyənin Ordu vilayətində naməlum şəxslər məscidin səs sisteminə girərək, azanı 10 dəqiqə tez səsləndirib.

Metbuat.az yerli mənbələrə istindən xəbər verir ki, azanın səsini eşidən sakinlər orucu tez açıb. Lakin aidiyyatı şəxslər dərhal müdaxilə edərək, azanın səslənməsini dayandırıb. 10 dəqiqə sonra yenidən azanın səslənməsi sakinləri heyrətə gətirib.

Qeyd edək ki, Türkiyədə əyalət məscidlərindəki səs sistemləri bir mərkəzdən idarə olunur. Lakin şübhəlilər yalnız bir məscidin sisteminə müdaxilə edə bilib. Şübhəlilərin axtarışları davam edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR