Favorit marketdə yanğın - 2 yanğınsöndürən Toksikologiyaya aparıldı

Buzovna qəsəbəsində yerləşən Favorit marketin zirzəmisində baş verən yanğının söndürülməsində iştirak edən 2 yanğınsöndürən tüstüdən zəhərlənib.

Metbuat.az xəbər verir ki, onlar Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

***

20:41

Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Favorit marketin zirzəmisində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.

Məlumata görə, 4 nəfər hospitalizasiya edilib. Xəsarət alanlardan 2-i qadın ,1-i kişidir. Onlar Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Digər bir qadın isə qıcolma ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə hadisə yerində yardım göstərilib.

Kənan Məmmədov / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR