Dini rəvayətlərdə adı çəkilən quş Türkiyədə TAPILDI

Türkiyənin Hatay bölgəsində yaşayan Cəmil Qaraman adlı şəxs motosikleti ilə hərəkətdə olarkən yoldan bir çox dini rəvayətlərdə adı çəkilən Əbabil quşu tapıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Əbabil quşunu tapan Cəmil Qaraman hadisə ilə bağlı bunları deyir: “Motosikletimlə yolda gedirdim. Birdən yol ortasında bir quşa rast gəldim.Onu götürüb uçurmaq istədim ancaq uça bilmədim və evə gətirdim. Sonradan bildim ki, bu Əbabil quşudur”,

O qeyd edib ki, hazırda quşa öz evində şəxsi imkanları çərçivəsində baxır.


Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR