Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
12:49 19 May 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, mayın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR