Starship raketinin prototipləri hazırlanır

Starship raketinin prototipləri hazırlanır
08:52 23 May 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "SpaceX" şirkəti "Starship" raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutumuna malik kiçildilmiş prototipini hazırladıqdan sonra Floridanın kosmik sahillərində istehsal və işləmələr üzrə analoji işlərə başlayıb. Şirkətin təsisçisi və baş direktoru İlon Mask bu həftə raketin eyni anda Texas və Floridada yeni versiyalarının hazırlanmasını təsdiqləyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Starship" çoxdəfəli raketi insanların Ay, Mars və kosmosun digər ucqar yerlərinə çatdırılması üçün nəzərdə tutulub. Nəqliyyat vasitəsinin çoxistifadəli "Super Heavy" raketdaşıyıcısı vasitəsilə buraxılması nəzərdə tutulur. "Starship" və "Super Heavy" raketlərində növbəti nəsil "Raptor" mühərrikindən istifadə ediləcək. "Starship" raketi 7, "Super Heavy" isə 31 belə mühərriklə təchiz ediləcək. Hazırda şirkət "Raptor" mühərrikinin dördünü hazırlayıb. Beşincisi şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında hazırlanır. İ.Maskın "Twitter" səhifəsində verilən məlumata görə, 100-cü "Raptor" mühərriki 2020-ci ilin əvvəlində hazır olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/756693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR