Mey mayın 24-də istefa verəcək

Mey mayın 24-də istefa verəcək
08:58 23 May 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Tereza Mey hökumətlə “Brexit” üzrə fikir ayrılıqları fonunda mayın 24-də istefasını elan edəcək.

Publika.az xəbər verir ki, bu haqda hökumətdəki mənbələrə istinadən “The Times” qəzeti bildirib.

Nəşrin məlumatına görə, Britaniyanın baş naziri "Tory" sıravi parlamentarilərini birləşdirən və partiya lideri seçimi və ya onun dəyişdirilməsi məsələlərini müəyyən edən 1922 Komitəsinin rəhbəri Qrem Breydi cümə gününə təyin edilmiş görüşdən sonra postundan gedişini elan edə bilər.

BBC və "Daily Telegraf" qəzetinin məlumatına görə, baş nazirin bir çox tərəfdarları onun deputatlara Avropa İttifaqı ilə sövdələşməni dəstəkləyəcəkləri təqdirdə, "Brexit"lə bağlı ikinci referendumun keçirilməsinə səs verə bilmələri ilə bağlı çərşənbə axşamı verdiyi vəddən sonra Meyi dəstəkləməkdən imtina ediblər. BBC-nin hökumətdəki mənbələrinin məlumatına görə, bu, bəzi nazirlərdə əsl şok effekti yaradıb, çünki hökumətin iclasında “Brexit” mövzusu üzrə belə bir imkan bəyənilməmişdi.

Bir sıra nazirlər öz mövqeyini şəxsən çatdırmaq üçün çərşənbə günü baş nazirlə görüş tələb ediblər. Ancaq Mey nazirlərlə görüşməyib.

Bütovlükdə Britaniya KİV-i bu fikirdədir ki, baş nazir vəziyyət üzərində nəzarəti tamamilə itirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/279621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR