Yevlaxda tələbələrin olduğu mikroavtobus aşıb: 1 ölü, 9 yaralı var

Yevlaxda tələbələrin olduğu mikroavtobus aşıb: 1 ölü, 9 yaralı var
08:59 23 May 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, iki yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

 

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR