“Çelsi” və “Arsenal” Bakıdakı finalın biletlərinin yarıdan çoxunu geri qaytarır

“Çelsi” və “Arsenal” Bakıdakı finalın biletlərinin yarıdan çoxunu geri qaytarır
09:24 23 May 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

 
Avropa Liqasının Bakıda keçiriləcək final oyununa üz-üzə gələcək İngiltərənin “Çelsi” və “Arsenal” klubları onlara ayrılan biletlərin yarıdan çoxunu qaytaracaq.
 
ONA-nın “The Times” nəşrinə istinadən məlumatına görə, iki klub ümumilikdə 6 mindən artıq bileti UEFA-ya verəcək.
 
Buna səbəb klubların biletləri satmaqda çətinliklə üzləşməsidir. London təmsilçilərinin hərəsinə 5800 yer ayrılsa da, “Arsenal” 3,5, “Çelsi” isə 2 minini sata bilib.
 
UEFA-dan iki min bilet alan sponsorlar da eyni problemlə üzləşib. Bildirilir ki, bilet satışındakı çətinliklərə aviareyslərin qiyməti və məhdud olması, uçuşun uzun müddətliliyi, həmçinin finalın gec başlaması səbəb olub.
 
“Çelsi” və “Arsenal”ın UEFA-ya qaytaracağı biletlər yerli azarkeşlərə satılacaq. Bakıda hələlik 23 min bilet satılıb.
 
Qeyd edək ki, mayın 29-da keçiriləcək “Çelsi” – “Arsenal” oyunu saat 23:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR