ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrik səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: “1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz üzünmüddətli əməkdaşlığın davam etdirilməsini və təhlükəsizlik, enerji, demokratik idarəetmə sahələrində işin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR