Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov 2019-cu il iyun ayının 22-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.

Metbuat.az xəbər verir ki, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR