Latviya "Rigvir” preparatının istifadəsini dayandırdı

Latviya "Rigvir” preparatının istifadəsini dayandırdı
02:18 6 İyun 2019
Ölkə mətbuatı
A- A+

Latviyanın Tibbi Preparatlar Dövlət Agentliyi (SAM) xərçəng xəstələrinin müalicəsində istifadə olunan “Rigvir” adlı preparatın istifadəsini dayandırıb.

SAM preparatın tərkibində bir neçə qüsur aşkarlayandan sonra bu qərarı verib. Qüsurların səbəbi hələ də aydınlaşdırılmayıb.

Buna baxmayaraq, həmin dərmanın istifadəsi üçün qeydiyyatda olan 38 xəstə, habelə 5 xəstəxana və 16 onkoloq preparatın istifadəsinin davamı üçün rəsmi müraciət ediblər. Səhiyyə müfəttişliyi müraciətləri nəzərə alaraq, dərmandan həkim nəzarəti altında məhdud qaydada istifadəyə icazə verib. Lakin yeni xəstələrə bu dərman təyin olunmayacaq.

Latviyada istehsal edilən “Rigvir” preparatı dəri xərçənginin müalicəsində istifadə olunur və tam dövlət nəzarətindədir. Preparat həmçinin Özbəkistan, GürcüstanErmənistanda da qeydiyyatdan keçib. Dərmanın tətbiqinin dayandırılması ciddi narazılıqlara səbəb olub (Azərtac).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/281025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR