Böyük dövlətlər qarşı-qarşıya: Dünya müharibəsi başlayır? - Politoloqların rəyi

Son dövrlərdə dünyanın siyasi vəziyyəti həmişəkindən daha gərgindir. ABŞ-Çin və ABŞ-Rusiya dövlətləri arasında gedən münaqişələr yeni bir Dünya müharibəsinə gətirib çıxaracaqmı?

Metbuat.az saytı bununla bağlı politoloqların fikirlərini öyrənib. Saytımıza açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, əgər 3-cü Dünya müharibəsi olacaqsa, bu bütün bəşəriyyəti məhvə aparan səbəb olacaq:


"Dünyada vəziyyət çox gərgindir. Sovet İttifaqının dağılmasından sonra dünya iki qütblü dünyadan bir qütblü dünyaya keçdi. İndi isə əks proseslər getməkdədir. Əvvəl ortada SSRİ və ABŞ var idisə, indi də ortaya Çin çıxıb. Bu 3 dövlət arasında da vəziyyət çox gərgindir, xüsusi ilə də ABŞ ilə Rusiya arasında. Ümumiyyətlə, normal əqidəsi olan insan yeni dünya müharibəsinin necə baş verəcəyini təsəvvür etməlidir. Yeni dünya müharibəsi nüvə müharibəsi olacaq, Yer üzərində bütün insanlığın, bəşəriyyətin yox olmasına gətirib çıxaracaq. Yalnız buna söykənərək deyə bilərəm ki, bu ölkələr arasında münaqişə davam etsə də, o əsl müharibə səviyyəsinə gedib çatmayacaq. Çünki bu müharibə nüvə müharibəsi olacaq və Yer kürəsinin dağılmasına gətirib çıxara bilər, o cümlədən o nüvə silahlarının düyməsini basan adamların özünü də məhv edə bilər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə düşünür ki, dialoq ümidi olduğu müddətdə heç bir dövlət müharibəyə can atmayacaq:


"ABŞ Şimali Koreyanı hədələdiyi zaman da deyilirdi ki, Dünya müharibəsi ola bilər, Suriyada müharibə başlayanda da deyirdilər ki, müharibə ola bilər. Düzdü dünyada müxtəlif bölgələrdə müxtəlif toqquşmalar, maraq kəsişmələri var. Amma düşünmürəm ki, bütün bunlar hansısa böyük bir toqquşmaya, nüvə müharibəsinə gətirib çıxarsın. Hər halda son anda bir tərəf öz məsulliyyətini anlayıb geri addım atacaq. Hətta ABŞ və Rusiya arasında gərginlik olsa da, dialoqlar da var. Prezidentlər arasında görüşlər olub, ABŞ-ın dövlət katibi gəlib Lavrovla fikir mübadiləsi aparıb, baxmayaraq ki, ortaq məxrəcə gəlinməyib, hər halda dialoq ümidi var. Bu dialoq ümidi də bəşəriyyəti böyük bir müharibədən qoruyur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR