Ayaqlarımız sağlamlığımız haqda nə deyir

Çox bilinməsə də ayaqlarımız müxtəlif sağlamlıq problemlərinə işarə edəcək ipuclarını tapmaq üçün istifadə edə biləcəyimiz bir vasitədir.

Metbuat.az xəbər verir ki, ayaqlarınızın sağlamlığınız haqqında nə dediyini anlamaq üçün həkim olmağa ehtiyac yoxdur. Ancaq hansı xəbərdarlıq işarələrinə diqqət etməyiniz lazım olduğunu bilmək əhəmiyyətlidir.

İnsanların çoxunun ayaqları üzərində bir neçə tük var. Amma ayağınızın qüsursuz hala gəldiyini görsəniz bu ciddi bir dövran probleminə işarə ola bilər.

Koilonyçia dırnaqların formasına təsir edən bir xəstəlikdir. Bu xəstəliyə sahib olan insanların dırnaqları içəriyə doğru qıvrılır və bir qaşıq kimi görünür. Bu vəziyyət dünyada ən çox yayılmış qan xəstəliyi olan anemi olaraq tanınan dəmir əksikliyi ilə bağlıdır. Dəmir əksikliyi müalicə edilmədikdə yorğunluq, solğun dəri, nəfəs darlığı və sinə ağrısı, baş ağrısı kimi bir çox problemlərə səbəb ola bilər.

Əgər ayağınızda ortaya çıxan bir yara iziniz varsa və uzun müddət keçmirsə bu diabetin əlaməti ola bilər.

Hər nə qədər soyuq ayaqlar çox yayılmış olsa da, müəyyən bir səbəbə görə anormal dərəcədə soyuq ayaqlar troid funksiya pozuntusunun bir əlaməti ola bilər. Aşağı tiroid homosisten ilə bağlı ola bilər. Homosisten ürək xəstəlikləri, zəif qan dövranı və çox sərt damar sistemi ilə bağlı bir amino asitdir. Belə vəziyyət ilə qarşılaşdıqda qan damarlarında daşınan təməl qida maddələri qollar və ayaqlara yaxşı çatmır. Qan dövranının olmaması eyni zamanda xronik göbələk infeksiyaları olaraq da ortaya çıxır.

Normaldan daha qalın, sarı ayaq dırnaqları da göbələk infeksiyasına işarədir.

Atlet ayağı(göbələk infeksiyası) ayağın dabanı və ayaq barmaqları arasında dəriyə təsir edən iltihablı bir dəri xəstəliyidir. Adətən qırmızı, pul-pul görünür və daha kiçik qabarcıqlarla əhatə olunur.

Ayaq barmaqlarının rəng dəyişdirməsi Raynaud xəstəliyinin bir xüsusiyyətidir. Raynaud xəstəliyi qan dövranının pozulmasından qaynaqlanır. Raynaud xəstəliyində damarların çox büzülməsi ilə birlikdə xüsusilə bədənin uc hissələrinə (barmaqlar, burun, qulaq) qan getməməyə başlayır. Belə vəziyyətlər adətən çox soyuq və stres altında olarkən yaşanır. Təsirlənən bölgədə şişlik və qaşıntı görünür.

Ayaq barmaqlarınızın yanlarında ani və şiddətli ağrılar olduğunu görsəniz bu vəziyyət gut əlaməti ola bilər. Gutun ən çox yayılmış təsiredicilərindən biri isə maye azlığıdır. Susuz qaldıqda böyrəklər düzgün şəkildə işləmir və ürik asit oynaqların ətrafında xüsusilə ayaqlarda yığılmağa başlayır. Bu müalicə edilmədikdə oynaqlara qalıcı zədələr verir.

https://metbuat.az/news/1204873/bosanacaqlari-iddia-edilirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR