İran və Türkiyə ABŞ-la üz-üzə - Azərbaycanın mövqeyi necə olacaq? - Politoloq rəyi

ABŞ və İran arasındakı gərgin vəziyyət, həmçinin İrana tətbiq edilən sanksiyalar davam etməkdədir. Digər qonşu dövlət Türkiyənin isə Rusiyadan S-400 sistemlərini alması nəticəsində ölkənin ABŞ-la olan münasibətlərini gərginləşdi. Qonşu dövlətlərin bu siyasəti doğrudurmu? İranda hərbi əməliyyatlar olacağı təqdirdə Azərbaycanın mövqeyi necə olacaq?

Metbuat.az-a açıqlama verən politoloqlar qonşu dövlətlərin bu siyasətlərini dəyərləndiriblər.

Politoloq Qabil Hüseynli verdiyi açıqlamada bildirib ki Türkiyə NATO və ABŞ-a qarşı olan siyasi mövqeyində yanlışlıqlara yol verir:

"İran bizim qonşu dövlətimizdir, orada bizim soydaşlarımız yaşayır. İran dövlətinin yox, soydaşlarımızın hüquqlarını müdafiə edirik və onlara hər hansı bir zərər gəlməsini istəmirik. Türkiyəyə gəldikdə isə, həmişə demişəm, indi də deyirəm ki, Türkiyə yalnışlıqlara yol verir, bu yalnışlıqlar NATO və ABŞ ilə Türkiyə arasında gərginliklər yarada bilər".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, İran və ABŞ arasında hər hansı müharibə olacağı təqdirdə Azərbaycan neytral mövqe saxlamalıdır:

"İran bizə qonşudur, ABŞ isə strateji tərəfdaş. Biz istəyərik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Hər iki dövlətlə çox sıx və normal münasibətlərimiz var. Amma əgər bizim istəyimiz xaricində bölgədə hər hansı toqquşma olarsa biz neytral qalacıyıq, ABŞ-da bizim ərazidən istifadə etməyəcək, biz buna imkan verə bilmərik".

Politoloq Türkiyənin S-400 sistemlərini alması barədə isə bunları deyib:

"Türkiyə S-400 sistemlərini almaq məcburiyyətindədir çünki öz ərazisini qorumalıdır. Çox təəssüf ki, ABŞ zamanında bu silahları Türkiyəyə satmadı və Türkiyə indi bu silahları Rusiyadan aldı. Düzdü bu məsələ Türkiyə ABŞ münasibətlərinin bir qədər gərginləşdir amma düşünürəm ki, zaman keçdikcə bu proses arxada qalacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR