Xəzər dənizində tanker partladı - Ölənlər var

Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.


Metbuat.az bildirir ki, “Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.

“RİA Novostui”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər. (Real TV).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR