ABŞ-dan Türkiyəyə ağır zərbə: “F-35” pilotları uzaqlaşdırıldı

ABŞ-dan Türkiyəyə ağır zərbə: “F-35” pilotları uzaqlaşdırıldı
10:27 11 İyun 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Arizona ştatında yerləşən "Lyuk" hava bazasında "F-35" qırıcı-bombardmançılarının idarəolunması üzrə hazırlıq kursu keçən türkiyəli pilotlar təlimlərdən kənarlaşdırılıb.

Milli.Az bu haqda oxu.az-a istinadən xəbər verir.

Bundan əvvəl "Foreign Policy" nəşri, Türkiyəli pilotların ölkəni tərk etməsinə 31 iyula kimi vaxt verildiyini və bu barədə Pentaqon rəhbəri Patrik Şenahanın türkiyəli həmkarı Hulusi Akarı məlumatlandırdığı bildirilirdi.

Pilotların təlimlərdən kənarlaşdırılması Vaşinqtonla Ankara arasında "S-400" zenit-raket kompleksləri ilə bağlı soyuq yellərin əsdiyi bir vaxta təsadüf edir. Tramp administrasiyası Ankaranı Rusiyadan "S-400" zenit-raket kompleksləri almaq fikrindən daşındırmağa çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/761992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR