Yerdə nəhəng krater aşkarlandı

Yerdə nəhəng krater aşkarlandı
12:32 11 İyun 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

Oksford və Aberdin Universitetinin alimləri nəhəng asteroid toqquşması nəticəsində meydana gəlmiş qədim krater aşkarlayıb. Britaniya ərazisinə düşmüş ən böyük asteroidin yaratdığı krater Şotlandiya və Xarici Hebrid Adaları arasında olan dəniz dibində yerləşir.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.

Tədqiqatçılar toqquşma izlərini mezoproterozoy (1,6-1 milyard il əvvəl) dövrünə aid 10-15 metr qalınlıqlı qırmızımtıl qaya təbəqəsində olan kvars kristalları əsasında aşkarlayıb. Bölgədə meteoritlər üçün xarakterik olan yüksək miqdarda platin və palladiumun olduğu müəyyən edilib.

Kraterin yerini isə alimlər zərbə nəticəsində ətrafa səpələnmiş toz və daşların izi ilə tapıb. Hesablamalara görə, toqquşma 1,2 milyard il əvvəl baş verib. Kosmik obyektin sürətinin saatda 60 min kilometrə yaxın olduğu ehtimal edilir. Nəticədə, 14-20 kilometr genişlikdə krater meydana gəlib. Asteroid toqquşmasının izləri dənizin 200 metrlik dərinliyində yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR