Xalq artisti səhnədə anasının ölüm xəbərini aldı: hönkür-hönkür ağladı - FOTO

Xalq artisti səhnədə anasının ölüm xəbərini aldı: hönkür-hönkür ağladı - FOTO
15:05 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Kədərimi heç vaxt tamaşaçıya bildirməmişəm, istəməmişəm də! Hər insanın öz problemi var, hər insanın da öz dərdi var. Və mən heç vaxt istəməmişəm ki, kiməsə dərdimi açım danışım. İçimdə-içimdə saxlamışam, amma gülüşü insanlara bəxş etmişəm. teatrın maskası var da - bir üzü kədər, bir üzü gülür. Sənət adamları ondandır".

Milli.Az xəbər verir ki, bunu əməkdar artist Çingiz Əhmədov "Şou ATV"nin efirində deyib.

Məşhur aktyor sənət adamlarının kədərlərini hər zaman tamaşaçıdan gülüşləri vasitəsi ilə gizlətdiklərindən danışarkən mərhum xalq artisti Nəsibə Zeynalovanın başına gələn bir faciəvi olaydan sitat çəkib:

"Təsəvvür edin, Nəsibə xanımın anası rəhmətə gedir. O vaxt "Qayınana" tamaşası gedirdi. Mənim həmin vaxt 5 yaşım var idi. Nəsibə xanım tamaşanı oynayır, çıxır kulisdə hönkür-hönkür ağlayır. Meyit evin içindədir!".

Məhəmməd Vaqif
Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/762455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR