“Miss dəmir omba” ləqəbli azərbaycanlı gözəl BAKIYA GƏLİR – FOTO

“Miss dəmir omba” ləqəbli azərbaycanlı gözəl BAKIYA GƏLİR – FOTO
15:08 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

Məşhur bodibilder Bahar Nəbıyeva ilk dəfə Azərbaycanda master-klass keçəcək və pərəstişkarları ilə görüşəcək.

Publika.az xəbər verir ki, atası azərbaycanlı, anası isə ukraynalı olan idmançı uzun illərdən sonra Bakıya gələcək. Nəbiyevanın gəlişinin məqsədi 16, 17 iyun tarixlərində master-klass keçirmək və Azərbaycanda pərəstişkarları ilə görüşməkdir. Bu barədə “Godzilla Group” instaqramda məlumat yayıb.

Xatırladaq ki, Bahar Nəbiyeva Bakıda anadan olub, sonra ailəsi ilə Ukraynaya köçüb. O, Dnepropetrovskdakı Alfred Nobel Universitetində təhsil alıb. Bahar sosial mediada "Miss dəmir omba" kimi tanınır. 2012-2013-cü illərdə o, pauerlinftinq üzrə universitetlərarası yarışlarda iştirak etmiş və birincilik qazanıb. 2015-ci ilin aprel ayında Nabiyeva Dnepr Kuboku yarışmasında fitnes-bikini kateqoriyasında 5-ci yeri tutub.

İnstqramda 3 milyona yaxın izləyicisi olan Nəbiyevanı yalnız adi istifadəçilər deyil, dünya şöhrətli artistlər də izləyyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/281652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR