TƏKLİF: Azərbaycan çimərliklərində “mavi bayraq” sistemi yaradılsın

TƏKLİF: Azərbaycan çimərliklərində “mavi bayraq” sistemi yaradılsın
15:42 12 İyun 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda çimərlik turizmini inkişaf etdirmək üçün ilk növbədə Avropa ölkələrində olduğu kimi "mavi bayraq" sistemi yaradılmalıdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Bu sistemin çimərlik turizminin çox inkişaf etdiyi Türkiyədə də mövcud olduğunu deyən M.Ağakərimov əlavə edib ki, Avropa ölkələrində təhlükəsizlik və sanitar normaların yüksək səviyyədə olduğu çimərliklərdə mavi bayraq asılır: "Rusiya, Belarus, Ukrayna, o cümlədən digər MDB ölkələrinin turistləri yay aylarında Türkiyəyə çimərliklərə getmək üçün səfər edirlər. Çimərlik turizmi Azərbaycanda da kütləvi turizmin inkişafı üçün böyük təkan ola bilər. Buna görə də çimərliklərdə monitorinqlər aparılmalı, orada sanitar normalara əməl olunmalı və təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir".

M.Ağakərimov qeyd edib ki, ölkəmizdə çimərlik turizminin inkişafı Prezident İlham Əliyevin 2017-ci ildə "Çimərlik turizminin inkişaf etdirilməsi haqqında" verdiyi sərəncamına uyğun olaraq həyata keçirilməlidir.

O, özəl çimərliklərin olmasının da əleyhinə olduğunu söyləyib: "Çimərliklər özəl ola bilməz. Çünki dənizi özəlləşdirmək, çimərliyə girişi pulla etmək olmaz. Bu, yolverilməzdir. Amma orada təklif edilən əlavə xidmətlər ödənişli ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/762499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR