"Real" yeni transferini təqdim etdi

"Real" "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb. "Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm".

Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR